Çatdırılma və quraşdırılma ödənişsizdir.
Bizi izləyin:
Pərdələr; Fərqli üslubda bütün perdələri bu kateqoriyadan asanlıqla tapa bilərsiniz. Evinizə uyğun pərdəni sərfəli ödəniş şərtlərilə anında əldə edə bilərsiniz.

Perdeni necə seçək?

1. Pəncərələrin hara baxdığını düşünün.

Əgər günəş düşməyən tərəfdədirsə, açıq rəngli və ya daha az qalın perdelere üstünlük verin. Otaqda onsuz da təbii işıq azdır və qalın perdeler ümumiyyətlə günəş şüalarının yolunu kəsir.

2. Daxili üslubla uyğunlaşan perdə seçin.

Bəzi model perdeler klassik istiqamətlərə, fərqli üslubda olanlar perdeler isə müasir dizayn həllərinə uyğun gəlir.

3. İstifadə edilən məkanın təyinatını düşünün.

Məsələn, qalın parçalardan hazırlanmmış perdeler mətbəx üçün uyğundur. Qonaq otağı üçün zərif perdeler və ya otağa rəngi ilə təravət qatan perdelerden istifadə edin.

4. Rəngləri diqqətlə seçin.

Perde seçimi zamanı əsas rənglərə diqqət yetirin. İnteryerinizlə bənzər tonların perdelerine üstünlük verərək, rəng harmoniyasını tamamlaya bilərsiniz.

5. Perdenin interyerlə uyğunluğuna diqqətin yetirin.

Dəbdəbəli perdeler sadə məkanlara ağırlıq qata bilər.

6. Pəncərənin ölçülərini nəzərə alın.

Kiçik pəncərələrdə qalın və təmtəraqlı perdeler gülünc görünə bilər.

Hansı perdeler dəbdədir?

Perdeler interyeri fərdi edən, evin harmoniyasına parlaq vurğular əlavə edən və diqqəti cəlb edən ən son toxunuşdur. Pəncərələr üçün düzgün tərz perdeni seçmək xüsusilə vacibdir, çünki onlar həmişə ilk növbədə diqqəti cəlb edirlər. Bu yazıda sizə indi hansı perdelerin dəbdə olduğunu göstərəcəyik.

Önümüzdəki illərin əsas tendensiyası minimalizmdir. Bu, təkcə onun kəmiyyətinə deyil, həm də naxışlarına aiddir. Minimalizm tərzində olan interyer boş görünsə də, daxilindəki bütün əşyalar uyğun şəkildə seçilir və bir-biri ilə harmoniya yaradır.

Perdeler də isə bu tendensiya sadə, yığcam formalarla ifadə edilir. Mürəkkəb perdeler əvəzinə yüksək keyfiyyətli ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış perdeler istifadə edilir. Diqqətləri pəncərələrə yönəltmək istəyirsinizsə, perdelerde daha zəngin və daha dərin çalarlardan istifadə edin.

Son illərdə perde dizaynında önə çıxan təbii tonlar əsasən təbiətdən gələn ilhamı özündə ehtiva edir.

Müxtəlif rənglərin bir perdede qovuşduğu dizayn tərzi isə təmkinli görüntü yaradır və istənilən zaman kəsimi ilə ayaqlaşmağı bacarır. Əsasən də iki rəngli perdeleri istənilən üsluba uyğunlaşdıra bilərsiniz. Neoklassik tərzdən tutmuş minimalizmə qədər istənilən üslubla harmoniya yaratmaq mümkündür